...

Elçin Quliyev: "2005-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti öz fəaliyyətində mühüm uğurlar əldə edib"

Siyasət Materials 24 Fevral 2006 12:26 (UTC +04:00)
Elçin Quliyev: "2005-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti öz fəaliyyətində mühüm uğurlar əldə edib"

2005-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti öz fəaliyyətində mühüm uğurlar əldə edib. Trend xəbər verir ki, bu sözləri fevralın 23-də Dövlət Sərhəd Xidmətinin 2005-ci ildəki xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş müşavirədə DSX rəisi Elçin Quliyev söyləyib.

E.Quliyev bildirib ki, əsası 2002-ci ildə ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Sərhəd Xidməti sərhədlərimizin mühafizəsi işinin daha da yüksəldilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirib. Beynəlxalq terrorçuluğa, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə əvvəlki illərə nisbətən daha da gücləndirilib.

"2005-ci il Dövlət Sərhəd Xidmətinin fəaliyyəti bir sıra hadisələrlə əlamətdar olub. Bu hadisələr sırasına dövlət başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradılması və "Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı"nın imzalaması da daxildir. Bundan əlavə, ötən il dövlət başçımız sərhəd dəstələrinə döyüş bayraqları təqdim edib, Şəmkir sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi vəziyyəti ilə tanış olub" - deyə E.Quliyev bildirib.

DSX rəisinin sözlərinə görə, dövlət başçısının sərhəd mühafizəsinin təkmilləşdirilməsi barədə verdiyi göstərişlər ötən il ərzində DSX-nin fəaliyyətinə öz müsbət təsirini göstərib.

Xəbər lenti

Xəbər lenti