...

Azərbaycan Respublikası Xarici işlər nazirliyində işə qəbul üzrə imtahanların ikinci mərhələsində 744 pretendentdən 6 nəfəri iştirak edəcək

Siyasət Materials 27 Fevral 2006 12:09 (UTC +04:00)

Azərbaycan Respublikası Xarici işlər nazirliyində işə qəbul üzrə ötən bazar günü keçirilmiş imtahanların ikinci mərhələsində 744 pretendentdən 6 nəfəri iştirak edəcək. Bu barədə Trend ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

Bu pretendentlər ikinci mərhələyə keçmək üçün lazımi 80 balı toplayıb. Onlardan 1-i qadın, 5-i kişidir. İmtahanlar Bakı və Naxçıvanda keçirilib. Namizədlər Bakı Dövlət Universiteti, Prezident yanında Dövlət İdarəetmə Akademiyası, Türkiyənin Ankara və Hacıtəpə universitetlərinin məzunlarıdır.

Xatırladaq ki, imtahanlar "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilib. Ayrılmış 3 saat ərzində pretendentlər 120 test tapşırığını cavablandırıb. İmtahanların növbəti mərhələsinin tarixi XİN-lə razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti