...

Azərbaycanın daxili işlər orqanlarında çalışan polis işçilərinin uniformayla hər hansı sənəd üçün şəkil çəkdirmələri qadağandır

Siyasət Materials 28 Fevral 2006 14:02 (UTC +04:00)

Azərbaycanın daxili işlər orqanlarında çalışan polis əməkdaşlarının uniformayla hər hansı sənəd üçün şəkil çəkdirmələri qadağandır. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş üzrə İdarəsinin rəisi Mehman Mehmanov məlumat verib.

Belə ki, şəxsiyyət və sürücülük vəsiqələri üçün polis geyimində şəkil çəkdirən bəzi polis əməkdaşları təqaüdə çıxdıqdan və ya daxili işlər orqanlarından xaric edildikdən sonra da həmin sənədlərdən istifadə edirlər. Məsələn, daxili işlər orqanlarından kənarlaşdırılan polis əməkdaşı sürücülük vəsiqəsində polis geyimli şəklindən istifadə etməklə yol hərəkəti qaydalarını pozarkən vəsiqədəki şəkli nümayiş etdirməklə məsuliyyətdən yayına bilir. Bu cür neqativ halların qarşısını almaq məqsədilə də şəxsiyyət və ya sürücülük vəsiqəsi, o cümlədən digər sənədlər alarkən polis geyimində şəkil çəkdirmək qadağan edilib. Sənəd verən orqanlar da bununla bağlı məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti