...

Yaponiya Azərbaycanın qeyri-neft sektoru ilə əməkdaşlıqda maraqlıdır

Siyasət Materials 28 Fevral 2006 14:04 (UTC +04:00)

Bundan sonra Yaponiya hökumətinin Azərbaycanla əməkdaşlığında prioritet Azəröbaycanın qeyri-neft sektoru üzrə əməkdaşlıq olacaq. Trend in verdiyi xəbərə görə, bu barədə fevralın 28-də Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, Yaponiya hökuməti Azərbaycan hökumətinin qeyri-neft sektorunu inkişaf etdirmək niyyətini dəstəkləyir və ona bu sahədə yardım göstərməyə hazırdır. Bu məsələ martın 7-10-da Azərbaycan prezidenti İlham Əliyevin Yaponiyaya rəsmi səfəri çərçivəsində keçiriləcək çiki ölkənin iş adamlarının biznes-forumunda əsas məsələlərdən biri olacaq. Səfir bildirib ki, forumda əməkdaşlığın konkret sahələri seçiləcək, yeni layihələr təqdim olunacaq. Diplomat əməkdaşlığını inkişafı üçün sahələr arasında səhiyyənin, təhsilin, humanitar sahənin və s.nin adını çəkib.

Ümumilikdə, hazırki səfir T.Abenin fəaliyyət göstərdiyi dövrdə Yaponiya hökumətinin Azərbaycana göstərdiyi inkişafa rəsmi yardımın həcmi $ 283 mlna yaxındır.

Xəbər lenti

Xəbər lenti