...

Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyak Bakıya səfər edəcək

Siyasət Materials 28 Fevral 2006 17:01 (UTC +04:00)

Aprelin 6-7-də Polşanın iqtisadiyyat naziri Pyotr Vojnyak Azərbaycana səfər edəcək. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə onun səfəri yanvarın sonu, fevralın əvvəlinə planlaşdırılmışdı. Lakin nazirin iş qrafiki gərgin olduğundan səfəri bir qədər sonraya təxirə salmaq lazım gəlmişdi.

Xatırladaq ki, qarşıdakı səfər gedişində Azərbaycan tərəfi ilə Azərbaycanla Polşa arasında ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə etmək planlaşdırılır. Qarşıdakı danışıqlarda həmçinin, Azərbaycan neftinin alınması məsələsi də diqqət mərkəzində olacaq. Nazir Azərbaycan tərəfi ilə məsələnin detallarını müzakirə etmək niyyətindədir.

Hazırda səfərin proqramı və danışıqların gündəliyi razılaşdırılır. Nazirin ölkə hökumətində görüşləri də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti