Milli Məclisin martın 10-da növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda "Kişi və qadınların (qender) bərabərliyinin təminatları haqqında" və "Fitosanitariya haqqında" qanun layihələri müzakirə olunub.
Birinci qanun layihəsi barədə prarlamentin insan hüquqları daimi komissiyasının sədri Rəbi1yyət Aslanova çıxış edərək qeyd edib ki, layihədə cinsi mənsubiyyətinə görə ayrıseçkiliyin aradan qaldırılması, qender bərabərləiyinin təmin olunması, kişi və qadınların bərabərliyi və digər müddəalar nəzərdə tutulub. Komissiya sədri onu da vurğulayıb ki, belə müddəalar İsveç, Portuqaliya, Rusiya, Norveç, Finlandiya və bir sıra dövlətlərin qanunvericilik aktlarında öz əksini tapıb. R.Aslanova qanunun mövcud reallıqlarla uzlaşmasını nəzərə alaraq, qəbul edilməsinin zəruriliyini bildirib.
Daha sonra çıxış edən sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli də qanun layihəsinin zəruriliyini söyləyib və onun qəbuluna səs verilməsini təklif edib. Lakin H.Rəcəbli qanunun adında dəyişiklik edilməsini vurğulayıb: "Kişi və qadın arasında bərabərlik ola bilməz. Təklif edirəm ki, qanunun adı "Kişi və qadınların hüquqlarının bərabərliyinin təminatı" adlandırılmalıdır".
Qanun layihəsi barədə çıxış edən millət vəkilləri Əli Məsimov, Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Elmira Axundova və b. öz irad və təkliflərini bildiriblər.