...

Bakıda Azərbaycan və Gürcüstanın dəniz limanlarının 20 əməkdaşı üçün seminar- treninq keçiriləcək

Siyasət Materials 14 Mart 2006 13:45 (UTC +04:00)

Martın 15-17-də Dünya Gömrük Təşkilatının Bakı Regional Tədris Mərkəzində Azərbaycan və Gürcüstanın beynəlxalq dəniz limanlarının 20 əməkdaşı üçün seminar-treyninqlər təşkil olunacaq. BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqazda narkotiklərə nəzarət" (SCAD-II) regional Proqramının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, seminar Avropa İttifaqının eksperti Henrikus Hyusman tərəfindən sərhəd rayonlarında narkotiklərlə mübarizə layihəsi çərçivəsində keçiriləcək.

Seminarda əsas məqsəd Xəzər və Qara dəniz limanlarında narkotik qaçaqmalçılığı ilə mübarizə istiqamətində axtarış-əməliyyat tədbirlərinin gücləndirilməsindən ibarətdir.

Qeyd edək ki, SCAD-II proqramı 29 iyun 2001-ci ildə Aİ, UNDP və Azərbaycan hökuməti arasında imzalanmış sazişə əsasən həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti