...

"Dövlət maliyyə nəzarəti haqqında" qanun hazırlanır

Siyasət Materials 14 Mart 2006 18:24 (UTC +04:00)

"Dövlət maliyyə nəzarəti" haqqında qanun hazırlanır. Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Ələkbərov parlamentin martın 14-də keçirilən iclasında Nazirlər Kabinetinin 2005-ci il fəaliyyəti ilə bağlı hesabatının müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, dövlət başçısının tapşırığı ilə xüsusi proqram hazırlanıb. Yaxın günlərdə prezidentin fərmanı ilə bu proqram həyata vəsiqə qazanacaq. "Məqsədimiz "Dövlət maliyyə nəzarəti haqqında" qanun hazırlamaqdır. Qanunda regionlarda maliyyə nəzarəti ilə bağlı dövlət qurumları yaratmaq, normativ sənədlər bazasını təkmilləşdirməkdir" .

Ə.Ələkbərov onu da qeyd edib ki, əmanətlərin qaytarılması ilə bağlı qanun layihəsi də yaxın günlərdə parlamentin müzakirəsinə veriləcəek. Nazir daha sonra bildirib ki, 2006-cı ildə büdcədən investisiyanın həcmi 611 milyon manat olacaq. "4-5 il bundan əvvəl dövlət büdcəsinin həcmi yalnız bu rəqəm qədər idi".

"Əhalinin sosial probleminin həlli istiqamətində ötən il prezident tərəfindən 56 fərman və sərəncam imzalanıb. Bura əmək haqqı, müavinətilərin, fərdi təqaüdlərin, pensiyaların artırıloması daxil olunub". Nazir bu ildə də minimum əmək haqqının 33% artacağını söyləyib. O qeyd ejdib ki, bu da təqribən büdcədən maliyyəşən təşkilatlarda çalışan 640 min insana şamil ediləcək.

Xəbər lenti

Xəbər lenti