...

AŞPA məruzəçisi Leo Platfoyet iyun ayında Cənubi Qafqaza səfər edəcək

Siyasət Materials 22 Mart 2006 11:55 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və əhali məsələlri üzrə məruzəçisi Leo Platfoyet iyun ayında Cənubi Qafqaza səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bildirib.

Qeyd edək ki, martın 20-də AŞPA-nın miqrasiya, qaçqınlar və əhali komitəsinin iclası keçirilib. İclasda Azərbaycanı millət vəkilləri Gültəkin Hacıyeva və Aydın Mirzəzadə təmsil ediblər. İki gün davam edən iclasda türkiyəli miqrantların Avropada vəziyyəti, Cənubi Qafqaz respublikalarında itkin düşən şəxslər, qaçqınlar, miqrantlar və sığınacaq axtaran şəxslərlə bağlı məsələlər müzakirə olunub.

G.Hacıyeva bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstanda itkin düşən şəxslərlə bağlı Leo Platfoyet məruzə etməli idi: "Lakin müəyyən səbəblər üzündən Leo Platfoyet iclasda iştirak etmədiyinə görə onun məruzə edəcəyi məsələni araşdırmaqdan ötrü aprel ayında onun Qırmızı Xaç Komitəsinin qərargahı yerləşən İsveçrəyə getməsi barədə qərar qəbul olunub".

Millət vəkili onu da vurğulayıb ki, iyun ayında Leo Platfoyet həmçinin Cənubi Qafqaz ölkələrinə səfər edib məlum məruzəsi ilə bağlı əlavə məlumatlar toplayacaq. G.Hacıyeva onu da bildirib ki, o, AŞPA-nın Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti üzrə məruzəçi təyin olunub.

Xəbər lenti

Xəbər lenti