...

Əli Əliyev: "Azadlıq" siyasi bloku martın 25-dən zona müşavirələrinə start verəcək

Siyasət Materials 23 Mart 2006 11:26 (UTC +04:00)

"Azadlıq" siyasi bloku martın 25-dən zona müşavirələrinə start verəcək. Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, zona müşavirələrinin keçirilməsində məqsəd blokun bölgələrdə təşkilatlanmasını gücləndirməkdir: "Qarşımıza məqsəd qoymuşuq ki, blok yalnız paytaxt çərçivəsində fəaliyyət göstərməsin. Məqsədlərimizdən biri də blokun bölgələrdə qərargahlarını yaratmaqdır. Bu qərargahlar vasitəsilə bölgələrdə blokun fəaliyyəti tənzimlənəcək".

Ə.Əliyev onu da vurğulayıb ki, zona müşavirələrində bloka daxil olan partiyaların rayon təşkilatlarının rəhbərləri iştirak edəcək və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində birbaşa onlar məsuliyyət daşıyacaq. AMİP sədri onu da bildirib ki, zona müşavirələrində bloka daxil olan partiyaların təşkilat katibləri iştirak edəcək. Ə.Əliyev qeyd edib ki, ilk olaraq Şimal-Muğan bölgəsində müşavirəni planlaşdırıblar.

Xəbər lenti

Xəbər lenti