...

Aprelin 21-də Sankt-Peterburqda MDB ölkələri XİNŞ-nin növbəti iclası keçiriləcək

Siyasət Materials 29 Mart 2006 16:04 (UTC +04:00)

Aprelin 21-də Sankt-Peterburqda MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə Trend ə MDB-nin İcraiyyə Komitəsindən məlumat verilib.

Xarici işlər nazirləri MDB və onun orqanlarının fəaliyyəti ilə bağlı problemləri, inteqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr və digər məsələlər müzakirə edəcək. Nazirlər, həmçinin, MDB-nin 15 illik yubileyi ilə bağlı tədbirlər Planını da təsdiqləyəcək. Bundan başqa, XİNŞ 2006-cı ilin Müstəqil Dövlətlər Birliyinin İli elan olunması ilə bağlı Şura Qərarının layihəsini təqdir etməlidir.

XİNŞ Birlik ölkələrinin humanitar əməkdaşlığına dair Saziş layihəsini nəzərdən keçirəcək. Bu sənəd MDB ölkələri arasında mədəniyyət, təhsil, idman, turizm, elm, informatizasiya, kütləvi kommunikasiya sahələrində və gənclərlə iş üzrə tarixən formalaşmış əlaqələrin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. Bütövlükdə, XİNŞ-nin iclasında 15-dək məsələ nəzərdən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti