...

Xələf Xələfov: Azərbaycan Türkmənistanla yataqlar barədə məsləhətləşmələr aparmayacaq

Siyasət Materials 31 Mart 2006 15:15 (UTC +04:00)

Aşqabadda Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə işçi qrupunun birgə iclasında Azərbaycan və Türkmənistan arasında mübahisəli Kəpəz yatağının hüququ ilə bağlı müzakirə gözlənilmir. Trend in verdiyi məlumata görə, bu barədə martın 31-də Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə bəyan edib.

"Bu məsələ ilə bağlı məsləhətləşmələr aparılmayacaq", -deyə X. Xələfov bildirib. Bu zaman o, Türkmənistanda danışıqların beştərəfli formatda aparılacağını xatırladıb. "Xəzərin statusu üzrə layihənin bəndləri müəyyən ediləcək. Bu konvensiya çərçivəsində ikitərəfli danışıqların aparılacağı gözlənilmir" -deyə nazir müavini bildirib.

Qeyd edək ki, Kəpəz yatağı (Türkmənistanın "Sərdar") artıq uzun müddətdən bəridir ki, Bakı ilə Aşqabad arasında ciddi fikir ayrılıqlarının predmetidir.

Xəbər lenti

Xəbər lenti