...

Gəncənin Təmizlik İdarəsnə yeni avtomobillər verilib

Siyasət Materials 31 Mart 2006 17:04 (UTC +04:00)

Gəncə şəhər təmizlik idarəsinə Dövlt Neft Şirkəti tərəfindən zibil yığmaq üçün 4 ədəd Qaz-53, KO - 413 markalı avtomobil verilib.

İdarənin baş mühəndisi Zöhrab Mehdiyevin dediklərinə görə, bu maşınlardan biri əvvəllər işlədilən 3 maşını əvəz edir. Mehdiyev bildirir ki, şəhərdə 5 belə maşın olarsa, zibil yığımında heç bir problem olmaz.

Bundan başqa yaz fəslinin gəlişi ilə əlaqədar idarə küçələrdəki zibil qutularını yeniləri ilə əvəz edəcək.

Xəbər lenti

Xəbər lenti