...

ABŞ dövlət katibinin məsləhətçisi müxalifət liderləri ilə görüşüb

Siyasət Materials 3 Aprel 2006 17:20 (UTC +04:00)

ABŞ dövlət katibinin Avropa və Asiya üzrə məsləhətçisi Metyu Brayza aprelin 3-də ABŞ-ın Azərbaycandakı səfirliyində müxalifət liderləri ilə görüş keçirib. Bu barədə Trend ə "Azadlıq" siyasi blokunda təmsil olan Azərbaycan Demokrat Partiyasının mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayılov bildirib.

Görüşdə "Azadlıq" siyasi blokunun liderləri (ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu, Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva, Azərbaycan Xəlq Cəbhəsi partiyasının sədri Əli Kərimli) və Müsavat Partiyasının sədri İsa Qəmbər iştirak edib.

N.İsmayılov bildirib ki, görüşdə ötən il noyabrın 6-da keçirilən parlament seçkiləri, eyni zamanda mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərə hazırlıq və Dağlıq Qarabağ problemi müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti