...

Daxiil işlər naziri Ramil Usubovun Düşənbəyə işgüzar səfəri planlaşdırılıb

Siyasət Materials 4 Aprel 2006 16:40 (UTC +04:00)

Aprelin 21-22-də Azərbaycan daxili işlər naziri Ramil Usubovun Düşənbəyə işgüzar səfəri planlaşdırılıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Mehrab Tükanov məlumat verib.

Görüşdə MDB dövlətləri daxili işlər orqanlarının qarşılıqlı əməkdaşlığı çərçivəsində məsələlərin müzakirəsi gözlənilir. Belə ki, MDB dövlətlərinin müvafiq qurmularının narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, insan alverinə cinayətin digər növlərinə qarşı mübarizə, qurumlar arasında informasiya mübadiləsinin daha da gücləndirilməsi məsələləri ətrafında da müzakirələr aparılacaq və iclasın sonunda müvafiq qərarlar qəbul olunacaq.

"Nazirin Düşənbəyə səfərindən əvvəl - aprelin 11-12-də isə Azərbaycandan nümayəndə heyətinin Düşənbədə keçiriləcək digər beynəlxalq tədbirdə iştirakı gözlənilir. Bu tədbir narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunacaq beynəlxalq konfransdır. Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin baş inspektoru Elxan Əhmədov həmin tədbirdə iştirak edəcək" - deyə M.Tükanov bildirib.

Xəbər lenti

Xəbər lenti