...

Anatoli Raxanski: Ukrayna AŞPA-nın üzvü olan hər hansı bir dövlətə qarşı sanksiyaların tətbiq edilməsi əleyhinədir

Siyasət Materials 12 Aprel 2006 19:15 (UTC +04:00)
Anatoli Raxanski: Ukrayna AŞPA-nın üzvü olan hər hansı bir dövlətə qarşı sanksiyaların tətbiq edilməsi əleyhinədir

Ukrayna AŞPA-nın üzvü olan hər hansı bir dövlətə qarşı sanksiyaların tətbiq edilməsi əleyhinədir. Bu barədə aprelin 12-də Strasburqda Ukrayna Radasının AŞPA-da nümayəndə heyətinin rəhbərinin müavini Anatoli Raxanski Trend in müxbirinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, AŞPA-nın Siyasi Bürosunun bu günki (12 aprel) iclasının gedişində Norveçin nümayəndəsi AŞPA-da Azərbaycanın parlament nümayəndə heyətinin üzvlüyünün səlahiyyətlərinin dayandırılması məsələsinin zəruriliyini ifadə edib. Ukraynanın nümayəndə heyətinin nümayəndələri buna dərhal mənfi reaksiya veriblər. "Mən etiraz etdim və edirəm. Belə metodlarla getmək olmaz. Əgər bu və ya digər ölkədə müəyyən nəzərdən yayınmalar mövcuddursa, bu səhvləri düzəltməyə kömək etmək lazımdır", -deyə Roxanski bildirib.

Onun sözlərinə görə, Kukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycanın mövqeyini dəstəkləmə in zəruriliyi barədə yekdil fikirdədirlər. "Mən çox şadam ki, hələ yanvar sessiyasının gedişində əksəriyyə Azərbaycanın mövqeyini dəstəklədi", -deyə ukraynallı parlamentari bildirib və şəxsən noyabrın 6-da Azərbaycanda Milli Məclisə seçkilərin gedişində Bakıda olduğunu qeyd edib. "Azərbaycan rəhbərliyi bir sıra nöqsanların aradan qaldırılması ilə əlaqədar tədbirlər görüb və respublikanın 10 dairəsçində təkrar seçkilərin keçirilməsi buna sübutdur. Fikrimcə, seçkilər çox demokratik keçib. Mən şəxsən səsvermənin gedişini müşahidə etmişəm",-deyə skazal A. Roxanski bildirib.

O, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında əlaqələrin hazırki inkişafını da şərh edib.

"Mən həmişə hesab etmişəm və edirəm ki, keçmiş Sovet İttifaqı dövlətləri ilə Ukraynanın ən yaxın əlaqələri məhz Azərbaycanla bağlıdır. Bu dostluq münasibətləri iki ölkənin xalqları arasındakı qarşılıqlı münasibətlər əsasında inkişaf edib. Əlaqələr beynəlxalq təşkilatlar, eləcə də GUAM, AŞPA, BMT və digərləri çərçivəsində də inkişaf edir",-deyə o qeyd edib.

GUAM-ın inkişafı perspektivlərinə gəldikdə, parlamentari onları "müsbət" qiymətləndirib. "Burada dövlət başçılarından çox şey asılıdır", -deyə o bildirib. " Qarşılıqlı sərfəli məqamları tapmaq və onları inkişaf etdirmək lazımdır", -deyə sonda A.Raxanski bildirib.

Xəbər lenti

Xəbər lenti