Ümid Partiyası ümumrespublika müşavirəsi keçirib. Trend xəbər verir ki, müşavirənin keçirilməsində əsas məqsəd Azərbaycanda, o cümlədən Cənubi Qafqaz regionunda yaranmış siyasi münaqişənin həlli ilə bağlı müzakirələr aparmaq olub.
Müşavirədə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə çıxış edib. O, bildirib ki, son vaxtlar beynəlxalq təşkilatların, Minsk Qrupunun həmsədr ölkələrinin 2006-cı ilin Dağlıq Qarabağ probleminin həll ili olacağı ilə bağlı səsləndirdikləri bəyanatlar narahatlıq doğurub.
Millət vəkili çıxışında ABŞ-İran münasibətlərinin gərginləşməsindən, regionda gərginləşən geosiyasi vəziyyətin ölkəmizə təsirindən və bu durumdan dövlətimizin maraqları naminə yararlanmaq imkanlarından bəhs edib.
Müşavirədə çıxış edən sədrin təşkilatı məsələlər üzrə müavini Nəsimi məmmədli təşkilatlanma ilə bağlı yerli təşkilat rəhbərlərinə tövsiyələr verib.