...

Todahiro Abe: Yaponiya hökuməti Azərbaycanda infrastrukturun yaxşılaşdırılmasına yönəldilmiş layihələr gerçəkləşdirir

Siyasət Materials 17 Aprel 2006 17:42 (UTC +04:00)
Todahiro Abe: Yaponiya hökuməti Azərbaycanda infrastrukturun yaxşılaşdırılmasına yönəldilmiş layihələr gerçəkləşdirir

Yaponiya hökuməti Azərbaycanda infrastrukturun yaxşılaşdırılmasına yönəldilmiş layihələr gerçəkləşdirir. Bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Todahiro Abe ekslüziv olaraq Trend agentliyinə bildirib.

Onun sözlərinə görə, indiyə qədər Yaponiya hökuməti Azərbaycanda sosial sahənin inkişafına böyük diqqət ayırıb, təhsil, səhiyyə və digər humanitar sahələrin inkişafına yönəldilmiş proqram və layihələr gerçəkləşdirib.

Bu ildən etibarən Yaponiya vəsaitlərinin böyük hissəsini infrastrukturun inkişafına sərf etmək niyyətindədir. Yaponiyada yeni il apreldə başladığı üçün Azərbaycana ayrılacaq vəsaitin dəqiq həcmi hələ müəyyənləşdirilməyib. Səfirin dediklərinə görə, yaxın vaxtlarda bu məsələ dəqiqləşdiriləcək.

Azərbaycan müstəqillik əldə etdikdən sonra Yaponiya hökuməti rəsmi yardım proqramı çərçivəsində ölkəyə 700 mln. dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti