...

Elmar Hüseynov: 2006-cı ilin payızında Cənubi Qafqaz ölkələri beynəlxalq siyasətdə birinci yerləri tutacaq

Siyasət Materials 17 Aprel 2006 19:32 (UTC +04:00)

İrana qarşı təzyiq haqqında qərar, "təziq" anlaşıyı altında nəyin nəzərdə tutulduğundan asılı olmayaraq, çox ehtimal ki, 2006-cı ilin payızında, Rusiya və Çin kimi ölkələrlə razılaşmadan sonra qəbul olunacaq. Bu mənada Cənubi Qafqaz ölkələri beynəlxalq siyasətdə birinci yerləri tutacaq. Bu barədə Trend agentliyinə İranın nüvə proqramı ilə əlaqədar yaranmış böhranın həlli perspektivlərini və bunun Cənubi Qafqaz ölkələrinə mümkün təsirini şərh edən "Rossiyskaya qazeta"nın redaktor müavini, ekspert Elmar Hüseynov bildirib.

"Bu region həm Tehrana təzyiq göstərilməsi üçün, həm də İranla beynəlxalq əlaqələrin kəsilməsi üçün həlledicidir" - deyə E.Hüseynov qeyd edib. O bildirib ki, ABŞ-a mütləq bu və ya digər mənada regionda iştirak etmək lazımdır.

Ekspertin sözlərinə görə, bu məsələdə Ermənistanın mövqeyi az əhəmiyyətli deyil, çünki İrəvanla Tehran arasındakı iqtisadi əlaqələrin inkişafı göz qabağındadır. "Görünür, Ermənistanı İrana qarşı təzyiq tərəfinə cəlb etmək lazım gələcək" - deyə E.Hüseynov vurğulayıb. Eyni zamanda E.Hüseynov deyib ki, Vaşinqtonun İran probleminin güc yolu ilə həlli haqqındakı bəyanatlarında Qafqaz paytaxtlarının adları eşidiləcək.

Xəbər lenti

Xəbər lenti