Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini general-mayor Asif Cəbrayılovun rəhbərlik etdiyi nümayəndə heyəti Minsk şəhərində səfərdədir. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Səfərin məqsədi aprelin 19-20-də MDB üzvü olan dövlətlərin Sərhəd Qoşunları Komandanları Şurasının 55-ci görüşündə müşahidəçi qismində iştirak eməkdir.
İclasda Azərbaycan, Ermənistan, Belorus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və Özbəkistan sərhədyanı idarələrin nümayəndə heyətləri iştirak edir.
İclasın işində 2010-cu ilə qədər MDB dövlətlərinin sərhəd siyasətinin perspektivlərinin razılaşdırılmış konsepsiya layihəsinin təsdiqlənməsi, 2006-cı ildə idarələrarası operativ-profilaktik tədbirlərin keçirilməsi, xüsusi sərhəd əməliyyatlarının keçirilməsi ilə bağlı sərhədyanı qoşunların komandanlığı Şurasının müddəalarına dəyişikliklər edilməsi məsələləri müzakirə olunur.