...

Təkrar seçkilərlə əlaqədar 7 növdə plakat nəşr olunub

Siyasət Materials 21 Aprel 2006 17:45 (UTC +04:00)

13 mayda keçiriləcək təkrar parlament seçkiləri ilə əlaqədar Azərbaycan Mərkəzi Seçki Komissiyasının sifarişi ilə 7 adda plakat nəşr olunub. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Plakatlar seçicilərin maarifləndirilməsi məqsədilə hazırlanıb. Plakatlardan üçü 1900, qalanları isə 1100 tirajla nəşr olunub. Plakatlar 13 may təkrar parlament seçkilərinə çağırış xarakterlidir. Həmçinin seçicilərin adlarının yoxlanması, barmaqlarına vurulacaq şəffaf boyalarla, seçkinin nəticələrinə dair yekun protokollara və digər mühüm prosedur qaydaları ilə bağlıdır.

Təbliğat plakatlarının 3 növü artıq paylanılıb. Plakatlar təkrar seçkilərin keçiriləcəyi 10 dairə üzrə 343 seçki məntəqəsinə veriləcək.

Xəbər lenti

Xəbər lenti