...

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin toplantısı keçirilib

Siyasət Materials 24 Aprel 2006 16:35 (UTC +04:00)

Aprelin 24-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Ali Məclisinin sessiyası keçirilib. Bu barədə Trend ə BAXCP sədrinin xarici məsələlər üzrə müavini Elçin Mirzəbəyli bildirib.

Sessiyadan öncə BAXCP üzvləri 24 aprel xilaskar türk əsgərinin anım günü münasibətilə

Şəhidlər Xiyabanında türk əsgərinin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Ziyarətə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri də qatılıb. E.Mirzəbəyli qeyd edib ki, sessiyada ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub.

Məsələ ilə bağlı partiya sədri, millət vəkili Qüdrət Həsənquliyevin çıxış etdiyini deyən E.Mirzəbəyli daha sonra bildirib: "Qərara aldıq ki, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun hüquqlarının qorunması ilə bağlı partiya fəaliyyətini gücləndirsin və onun haqqında çıxarılan ədalətsiz qərarla bağlı Macarıstanın Apellyasiya Məhkəməsinə müraciət edilsin".

Xəbər lenti

Xəbər lenti