...

Azərbaycan XİN başçısının müavini QİƏT-nın xarici işlər nazirlərinin iclasında iştirak edəcək

Siyasət Materials 25 Aprel 2006 16:03 (UTC +04:00)

Aprelin 26-da Buxarestdə Qrara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin xarici işlər nazirləri Şurasının iclası keçiriləcək.

Azərbaycanın XİN-dən Trend ə verilən məlumata görə, iclasda Azərbaycan, Albanqiya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya və Çernoqoriya, Türkiyə, Ukraynanın nümayəndə heyətlərinin, eləcə də müşahidəçilərin iştirak edəcəyi gözlənilir. Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edəcək.

Görüş iştirakçıları QİƏT-ə Rumıniyanın sədrliyinin yekunlarını, ətraf mühitin mühafizəsi məsələsi, nəqliyyat, daxili işlər nazirlərinin görüşlərinin, profilli işçi qrupların iclaslarının nəticələrini müzakirə edəcəklər. Tərəflər eləcə də, təşkilat çərçivəsində əməkdaşlığın hazırki vəziyyəti, işlərin səmərəliliyinin artırılması barədə fikir mübadiləsi aparacaqlar.

Buxarestdəki iclasın gedişində QİƏT-ə sədrlik yaxın altı ay ərzində (may ayından oktyabrın sonlarına kimi) Rusiyaya keçəcək.

Xəbər lenti

Xəbər lenti