Ermənilərin qondarma soyqırım iddialarına etiraz olaraq ABŞ-da Azərbaycan və türk icmaları birgə aksiyalar keçiriblər. Bu barədə Trend ə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri məlumat verib.
O, bildirib ki, yalançı erməni iddialarına qarşı türk-Azərbaycan diasporu Vaşinqtonda məşhur "Tayms-Skvet" parkında birgə kütləvi tədbir keçiriblər. Tomris Azərinin sözlərinə görə, aksiya izdihamlı keçib, bir neçə nəfər çıxış edib, şüarlar səsləndirilib. Aksiyada erməni iddalarının yalan olduğunu, ermənilərin tarix boyu türk millətinə qarşı soyqırım həyata keçirdiyi bəyan edilib. Bu qətliamları, o cümlədən Xocalı soyqırımını əks etdirən şəkillər, şüarlar yazılmış plakatlar nümayiş etdirilib.
Bu aksiyalar həmçinin Türkiyənin ABŞ-dakı səfirliyinin qarşısında da keçirilib. Türkiyənin mövqeyini dəstəkləyən 250 nəfər "uydurma erməni soyqırımı təbliğatına son qoyulsun" kimi bəyanatlar səsləndirilib. Qeyd edək ki, həmin vaxt yaxınlıqda ermənilər də aksiya keçiriblər. Polis və təzlükəsizlik qüvvələrinin səyləri nəticəsində aksiya insidentsiz ötüşüb.