...

Artur Lenk: May ayının 2-ci yarısında Bakıda yəhudilərin Ümumdünya Konqresi keçiriləcək

Siyasət Materials 26 Aprel 2006 13:00 (UTC +04:00)

May ayının 2-ci yarısında Bakıda yəhudilərin növbəti Ümumdünya Konqresinin keçirilməsi planlaşdırılır. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində İsrailin Bakıdakı səfiri Artur Lenk məlumat verib.

"Azərbaycanda həmişə müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilərlə münasibətdə tolerantlıq hiss olunub. Beynəlxalq tədbirin keçirilməsi üçün ölkədə bütün yəhudilərin belə yüksək səbirlə toplaşması tamamilə normaldır",- deyə israilli diplomat qeyd edib.

A.Lenk tədbirin təxmini keçirilmə tarixini açıqlayıb. "Konqresin 17 may 2006-cı ildə keçiriləcəyi istisna olunmur, ancaq bu tarix hələ dəqiqləşdiriləcək. Dəqiq tarix isə mayın əvvəlində məlum olacaq", - deyə səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti