...

Azərbaycan MSK texniki dəstək xahişi ilə Venesiya Komissiyasına müraciət edib

Siyasət Materials 28 Aprel 2006 13:18 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Seçki Komissiyası şikayətlərə baxılması prosesinin təkmilləşdirilməsi məsələsi ilə bağlı dəstək göstərilməsi xahişi ilə Venesiya Kosmissiyasına sorğu göndərib. Trend in xəbər verdiyi kimi, bu barədə aprelin 28-də Azərbaycan prezidenti icra aparatının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev "6 noyabr 2005-ci il seçkilərinin nəticələri və seçki hüququ və praktikası sahəsində əməkdaşlığın prespektivləri" adlı dəyirmi masada bildirib.

Onun sözlərinə görə, aprelin əvvəlində azərbaycanlı nümayəndələrin VK ekspertləri ilə apardığı danışıqlar zamanı bir çox məsələlərə, xüsusilə MSK tərəfindən seçicilərin şikayətlərinə baxılması məsələsinə aydınlıq gətirilib.

"Aprel görüşlərinin yekunları üzrə MSK texniki yardımın göstərilməsi xahişi ilə sorğu göndərib", - deyə Ş.Əliyev qeyd edib. O bildirib ki, VK ilə əlverişli əməkdaşlıq davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti