...

YAP "Heydər Əliyev irsi: Azərbaycanın davamlı inkişafının strategiyası" mövzusunda konfrans keçirəcək

Siyasət Materials 3 May 2006 13:56 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) mayın 6-da saat 11.00-da "Park İnn" otelində "Heydər Əliyev irsi: Azərbaycanın davamlı inkişafının strategiyası" mövzusunda konfrans keçirəcək. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.

Konfrans mərhum eks-prezident Heydər Əliyevin mayın 10-u doğum günü münasibəti ilə keçiriləcək. Konfransda YAP rəhbərliyi, Milli Məclisin üzvləri, partiya və QHT rəhbərləri iştirak edəcək. Konfransdan bir saat öncə YAP rəhbərliyi Fəxri Xiyabana gedərək H.Əliyevin məzarını ziyarət edəcək.

YAP mətbuat xidmətindən onu da bildiriblər ki, ümumilli lider Heydər Əliyevin doğum günü ilə bağlı tədbirlər davam edir. Partiyanın rayon təşkilatlarında bununla bağlı konfranslar keçirilir.

Xəbər lenti

Xəbər lenti