...

ABŞ-ın səfir əvəzi 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlərlə görüşüb

Siyasət Materials 11 May 2006 17:23 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirinin əvəzi Ceyson Haylond mayın 11-də 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizədlərlə görüşüb. Trend xəbər verir ki, görüşdə namizədlərin seçkilərə hazırlıqları və seçki kampaniyalarının gedişi ilə maraqlanıb.

Görüşdə iştirak edən Ümid Partiyası sədrinin birinci müavini və adıçəkilən dairədən deputatlığa namizəd Fuad Qocayev bildirib ki, namizədlər səfir əvəzinə seçki kampaniyaları ilə bağlı məlumatlar veriblər.

Namizədlər seçkilər öncəsi vəziyyətlə bağlı C.Haylonda məlumat verərkən bəzi qanun pozuntularının da olduğunu vurğulayıblar.

Qeyd edək ki, görüş ABŞ səfirliyində keçirilib.

Xəbər lenti

Xəbər lenti