...

Səyavuş Novruzov: "YAP-ın Sumqayıt şəhər təşkilatının sədri seçki dövründə aktiv fəaliyyət göstərmədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb"

Siyasət Materials 12 May 2006 16:01 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının sədri Xıdır Alovlu seçki dövründə aktiv fəaliyyət göstərmədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Trend xəbər verir ki, bu barədə YAP icra katibinin müavini, millət vəkili Səyavuş Novruzov bildirib.

YAP rəsmisi vurğulayıb ki, bu qərar Sumqayıt şəhər təşkilatının şurasında qəbul olunub: "Dəfələrlə Xıdır Alovlu ilə YAP-ın icra katibi, onun müavinləri ilə söhbətləri olub. Şura toplantısını keçirməmişdən iki gün öncə biz onunla bir neçə dəfə əlaqə saxlamağa çalışmışıq ki, gəlib toplantıda iştirak edib, bəzi məsələlərə aydınlıq gətirsin. Amma gəlmədi".

S.Novruzov şuranın qərarının partiyanın nizamnaməsinə uyğun şəkildə qəbul olunduğunu bildirib. Onu da qeyd edib ki, X.Alovlu yalnız sədrlikdən uzaqlaşdırılıb, partiya üzvü kimi fəaliyyətini davam etdirir. YAP rəsmisi onu da bildirib ki, X.Alovlunun tutduğu vəzifədən kənarlaşdırılması partiya strukturlarında dəyişiklik kimi başa düşülməmlidir: "Struktur dəyişikliyi qurultayda aparılır. Bizim qurultay isə bir il bundan öncə keçirilib".

Xəbər lenti

Xəbər lenti