...

Hərbçilərin peyvənd olunması orduda qızılça və məxmərək xəstəliklərinə yoluxma hallarının qarşısını alıb

Siyasət Materials 24 May 2006 17:00 (UTC +04:00)

Azərbaycan Milli Ordusu əsgərlərinin peyvənd olunması orduda qızılça və məxmərək xəstəliklərinə yoluxma hallarının qarşısını alıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

Qeyd edək ki, həmin xəstəliklərə qarşı milli immunlaşdırma kampaniyası çərçivəsində Milli Təhlükəsizlik, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tabeliyindəki əsgərlər peyvənd olunub. Kampaniyadan sonra bu xəstəliklərə yoluxma halları qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti