İranın Xomeyni adına İmdad Komitəsi Azərbaycanda təhsil, səhiyyə və kənd təsərrüfatı sahəsində yeni iş yerlərinin yaradılması üçün uzun müddətli kreditlər ayırmağı planlaşdırır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, komitə rəhbərinin müavini Hüseyn Ənvəri Azərbaycanın təhsil naziri müavini Elmar Qasımovla görüşündə bildirib.
Onun sözlərinə görə, indiyə qədər komitə imkansız ailələrin təhsil, səhiyyə və sosial problemlərinin həlli üzrə bir sıra layihə həyata keçirib. O, Azərbaycanla əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə edib.
Səfər zamanı komitənin nümayəndə heyəti Azərbaycanda layihələrin gerçəkləşdirilməsi gedişi və gələcək əməkdaşlıq perspektivləri ilə tanış olacaq.