...

Özbəkistan İKT-də xarci işlər naziri tərəfindən təmsil olunacaq

Siyasət Materials 7 İyun 2006 18:50 (UTC +04:00)

İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin iyunun 19-20-də Bakıda keçiriləcək iclasında Özbəkistan XİN rəhbəri Eler Qaniye tərəfindən təmsil olunacaq. Bu barədə Trend ə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildiriblər ki, naziri Özbəkistan XİN-inin rəsmi nümayəndələri müşayiət edəcək. Tədbir çərçivəsində Özbəkistan naziri Azərbaycan rəhbərliyinin rəsmi şəxsləri görüşməyi planlaşdırır. Danışıqlar zamanı ikitərəfli əlaqələrin perspektivlərindən əlavə, Özbəkistan prezidenti İslam Kərimovun Azərbaycana qarşıdakı rəsmi səfərinə hazırlıq məsələlərinin də müzakirə ediləcəyi istisna deyil.

İslam Konfransı Təşkilatı müsəlman ölkələrinin dövlət və hökumət başçılarının 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) keçirilən konfransında təsis olunub. İslam aləminə aidiyyatı olan istənilən .ölkə təşkilata üzv ola bilər. Beynəlxalq təşkilatlara verilən İKT yanında müşahidəsi statusu da var. Hazırda 50-dən çox ölkə təşkilata üzvdür. Bunlar arasında aşağıdakıların adını çəkmək olar: Əfqanıstan, Əlcazair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Nigeriya, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Türkiyə, Yəmən, Bəhreyn, Oman, Qətər, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İrak, Komora, Maldiva, Cibuti Benin, Brüney, Nigeriya, Albaniya, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar.

Xəbər lenti

Xəbər lenti