...

Heydər Babayev: "Azərbaycan Litvada ticarət evi aça bilər"

Siyasət Materials 9 İyun 2006 13:23 (UTC +04:00)
Heydər Babayev: "Azərbaycan Litvada ticarət evi aça bilər"

Ötən il Azərbaycan və Litva arasında ticarət dövriyyəsi $7 mln təşkil edib və belə göstəricilər tərəfləri qane edə bilməz. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 9-da Azərbaycan-Litva biznes forumunda Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bəyan edib. "Ancaq bu fakt ölkələr arasında ticarət əlaqələrinin böyük potensiala malik olmasından xəbər verir", - deyə o qeyd edib. Bu, xüsusilə Azərbaycanda yaradılmış İnvestisiya Şirkətinin hesabına artırıla bilər.

Nazirin sözlərinə görə, Litva aqrar sektorda, kənd təsrrüfatı məhsullarının emalında böyük təcrübəyə malikdir. Danışıqlar zamanı tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra sahələri, Azərbaycan tərəfinin Litvaya tədarük edə biləcəyi mallar müəyyən olunub. Həmçinin, Litvada Azərbaycan ticarət evinin açılması imkanları da nəzərdən keçirilir", - deyə nazir qeyd edib.

H.Babayev bildirib ki, Litva tərəfi enerji ehtiyatlarında çox maraqlıdır. Sənaye və digər sahələrin inkişafı üçün bu ölkənin yanacağa tələbatı böyükdür. Azərbaycan bəzi infrastruktur layihələrdə, xüsusilə neft məhsullarının çatdırılması və satışında iştirak edə bilər.

Ancaq layihələri gerçəkləşdirmək üçün Azərbaycan müəssisələrinin məhsulları Avropa Birliyi standartlarına uyğun olmalıdır. Belə ki, Litva bu təşkilata daxildir. Hazırda Azərbaycanda məhsulun keyfiyyəti, standartları və sertifikatlaşdırılması üzrə işlərə başlanıb.

Xəbər lenti

Xəbər lenti