Azərbaycan prezidenti Moskvaya səfər etmək niyyətindədir. Bu barədə Trend ə Azərbaycan Prezidenti İcra Aparatının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov eksklüziv olaraq bildirib.
Səfər təxminən iyulun əvvəlinə təyin olunub. N.Məmmədovun dediklərinə görə, səfər zamanı ikitərəfli əməkdaşlığın inkişafı məsələləri yüksək səviyyədə müzakirə olunacaq.
Səfərin aspektləri hələ məlum deyil və dəqiqləşdiriləcək.