...

Milli QHT Forumu beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Siyasət Materials 13 İyun 2006 17:45 (UTC +04:00)

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) işğal altında olan ərazilərimizdə ermənilərin təbiəti məhv etməsi ilə bağlı BMT-nin baş katibi Kofi Annana, Avropa Şurasının baş katibi Terri Devisə, ATƏT-in sədri Karel de Quxta müraciət ünvanlayıb. Bu barədə Trend ə MQF-dən məlumat verilib.

Müraciətdə bildirilir ki, Ağdam rayonunun Başqərvənd, Yusifcanlı, Novruzlu, Bağbanlı, Sarıcanlı, Saybalı, Şıxbabalı, Mərzili, Xıdırlı, Göytəpə və digər kəndlərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılması faktı son 15 ildə işğalçı dövlətin ölkəmizə vurduğu maddi və mənəvi ziyanının yeni formada davamıdır. Yanğın nəticəsində bu kəndlərdə flora və fauna tamamilə məhv edilib, torpaqlar yararsız vəziyyətə salınıb, yaşayış məntəqəlri ilə bərabər tarixi mədəniyyət abidələri də dağıdılıb, Avropada nadir sayılan meşələr qırılıb. "Hesab edirik ki, Azərbaycan ekologiyasına, maddi və mənəvi abidələrinə abidələrinə qarşı bu vandalizm aktları bütün dünya üçün təhlükəlidir. Bütün bunların qarşısını almaq üçün öz nüfuzundan istifadə edərək bizə köməklik göstərməyini xahiş edirik"-deyə müraciətdə qeyd olunur.

Xəbər lenti

Xəbər lenti