...

İraq İKT ölkələri XİN başçılarının iclasında xarici işlər üzrə dövlət naziri səviyyəsində təmsil olunacaq

Siyasət Materials 14 İyun 2006 12:03 (UTC +04:00)

İraq İslam Konfransı Təşkilatı ölkələri xarici işlər nazirlərinin iyunun 19-20-də Bakıda keçiriləcək iclasında xarici işlər üzrə dövlət naziri Rəfiyyə əl Eysavi səviyyəsində təmsil olunacaq. Bu barədə Trend ə İraqın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Naziri İraq XİN-in nümayəndə heyəti müşayiət edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət nazirinin birinci müavini Məhəmməd əl Həc Hamud, dövlət nazirinin katibi Mustafa Adil əl Ayiş, İraq XİN-in birinci katibi Yəhya Saleh Mehdi və ikinci katib Muhanned Əli Umran daxildir.

Bakıya səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşlərin keçiriləcəyi müəyyən olunmayıb. Səfirlikdə İraq XİN nümayəndə heyətinin qarşıdakı iclasda iştirakı məsələsi yalnız dünən öz təsdiqini tapıb.

İslam Konfransı Təşkilatı müsəlman ölkələrinin dövlət və hökumət başçılarının 1969-cu ilin sentyabrında Rabatda (Mərakeş) keçirilən konfransında təsis olunub. İslam aləminə aidiyyatı olan istənilən ölkə təşkilata üzv ola bilər. Beynəlxalq təşkilatlara verilən İKT yanında müşahidəsi statusu da var. Hazırda 50-dən çox ölkə təşkilata üzvdür. Bunlar arasında aşağıdakıların adını çəkmək olar: Əfqanıstan, Əlcazair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Nigeriya, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Türkiyə, Yəmən, Bəhreyn, Oman, Qətər, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İrak, Komora, Maldiva, Cibuti Benin, Brüney, Nigeriya, Albaniya, Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar.

Xəbər lenti

Xəbər lenti