...

Abdulla Gül: Azərbaycanın İKT XİNŞ-dəki sədrliyi bütün islam dünyasına respublikanı yaxından tanımaq imkanı verəcək

Siyasət Materials 16 İyun 2006 17:09 (UTC +04:00)

Türkiyə İslam Konfransı Təşkilatı (İKT) çərçivəsində Azərbaycana əlindən gələn köməyi göstərəcək. Trend in Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün (16 iyun) Türkiyənin xarici işlər naziri Abdulla Gül bildirib.

Onun sözlərinə görə, İKT XİN başçılarının Bakıda keçiriləcək 33-cü iclasının yekunlarına görə təşkilatın sədrliyi Yəməndən Azərbaycana keçəcək və Ankara Bakıya İTK çərçivəsində əlindən gələn köməyi göstərməyə hazırdır. "Bu iclas Bakı üçün böyük əhəmiyyətə malikdir və bütün islam dünyasına Azərbaycanı yaxından tanımaq imkanı verəcək", - deyə Türkiyə xarici siyasət idarəsinin başçısı qeyd edib.

Bununla yanaşı, Türkiyə XİN başçısı qeyd edib ki, İTK-nin iyunun 19-21-nə nəzərdə tutulmuş iclasında təşkilatın islah edilməsi, onun strukturunda dəyişikliklərin edilməsi və bir sıra regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

A.Gülün sözlərinə görə, Türkiyə nöqteyi-nəzərindən iclasın gündəliyinin iki bəndi xüsusi əhəmiyyət kəsb edir: "Kiprdəki vəziyyət" və "Şərqi Yunanıstanda müsəlman azlığı vəziyyəti". "Türkiyə İTK-nin müasir, fəal və beynəlxalq cəmiyyətin tələblərinə cavab verən struktura çevrilməsinə çalışır. Ankara bu istiqamətdəki bütün cəhdləri dəstəkləyəcək", - deyə Abdulla Gül vurğulayıb.

Xəbər lenti

Xəbər lenti