...

İlham Əliyev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib

Siyasət Materials 22 İyun 2006 18:35 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iyunun 22-də dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib.

Mürciətdə deyilir ki, iyunun 23-nün Azərbaycan dövlət qulluqçularının peşə bayramı elan olunması haqqında qərar BMT Baş Assambleyasının tövsiyələri nəzərə alınaraq qəbul olunub. "Dövlət qullüğü siyasətinin əsas məqsədi - ölkəmizdə səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılmasından, dövlət orqanlarının yfəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsindən, o cümlədən, vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsindən ibarətdir" - deyə İ.Əliyevin müraciətində vurğulanır.

Sənəddə deyilir ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı keçmiş prezident Heydər Əliyevin adı ilə bağlıdır. "Son illərdə dövlət qulluğunun qanunvericilik bazası yaradılıb, "Dövlət qulluğu haqqında" qanun və digər hüquqi-normativ sənədlər qəbul olunub". Hər kəs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır. Dövlət qulluqçuları dünyada gedən qlobal proseslərdən xəbərdar olmalı, informasiya texnologiyalarını, demokratik idarəçilik metodlarını mənimsəməli, müasir düşüncə sahibi olmalıdır. Bütün bunlar sivil, demokratik və vətəndaş cəmiyyətinin tələblərinə cavab verən dövlət idarəçiliyi sistemi qurmağa imkan verəcəkdir" - deyə prezident əlavə edib.

Xəbər lenti

Xəbər lenti