...

İlham Əliyevin Ucara rəsmi səfəri Heydər Əliyev muzeyi və abidəsinin açılışı ilə başlanıb

Siyasət Materials 29 İyun 2006 20:44 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin Ucara rəsmi səfəri iyunun 29-da Heydər Əliyev muzeyi və abidəsinin açılışı ilə başlanıb.

Trend agentliyinin məlumatına əsasən, ictimaiyyət qarşısında çıxış edən İ.Əliyev deyib ki, onun səfərinin əsas məqsədi regionların inkişafı proqramının gerçəkləşdirilməsilə tanışlıq, eləcə də əlavə tədbirlərin görülməsidir.

Azərbaycanın iqtisadiyyatı inkişaf edir və inkişaf sürətinə görə birinci yerdədir. 2,5 il ərzində ölkədə 400 min yeni iş yeri açılıb, halbuki prezident seçkiləri zamanı mən 5 il ərzində 600 min yeni iş yeri açmağı söz vermişdim. Bu o deməkdir ki, biz planı artıqlaması ilə yerinə yetiririk" - deyə dövlət başçısı bildirib.

İ.Əliyevin sözlərinə görə, bir ilə Azərbaycanda yoxsulluğun səviyyəsi 20% aşağı düşüb.

"Azərbaycan qaz və neft hasilatı və ixracı məsələsində vacib ölkəyə çevrilir. Neft strategiyasının gerçəkləşdirilməsi sayəsində dövlət qəbul edilmiş proqramları maliyyələşdirə biləcək. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri olmasa idi, iqtisadi inkişaf belə nikbin olmazdı" - deyə o vurğulayıb.

Prezidentin sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı Ermənistanın iqtisadiyyatını 5 dəfə qabağlayır və bu inkişaf sürəti davam etdikcə yaxın vaxtlarda bizim iqtisadiyyatımız Ermənistanın iqtisadiyyatını 10-20 dəfə keçəcək.

İ.Əliyev Ucarda Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış binasının istismara verilməsi, eləcə də Bank of Azerbaijan-ın filialının açılışında iştiak edib.

Xəbər lenti

Xəbər lenti