...

Elmar Məmmədyarov Azərbaycan prezidentinin məktubunu Almaniyanın federal kanslerinə təqdim edib

Siyasət Materials 6 İyul 2006 13:03 (UTC +04:00)

İyulun 5-də alman həmkarı Frank-Valter Ştaynmayerin dəvəti ilə Almaniyada olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın rəsmi şəxsləri ilə bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə Trend ə Azərbaycan XİN-in Mətbuat və informasiya siyasəti idarəsinin rəisi Tahir Tağızadə bildirib.

Azərbaycanın XİN başçısı alman həmkarı F.Ştaynmayer, Bundestaqın sədri Norbert Lammert, federal kanslerin müşaviri Kristof Hoysgen, həmçinin müdaviə və inkişaf nazirləri Kristian Şmidt və Karin Kortmanla görüşüb.

Görüşlərdə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın mövcud səviyyəsinin dinamik inkişaf məsələləri müzakirə edilib. Tərəflər iki ölkənin biznes-forum keçirmə təcrübəsini davam etdirmək barədə razılığa gəliblər. Müzakirələrin mövzusu həmçinin Azərbaycanın siyasi və iqtisadi inkişafı, Azərbaycanın fəal surətdə cəlb olunduğu demokratik proseslər, regional energetik və nəqliyyat layihələri, Avropa-Atlantika məkanına inteqrasiya, Avropa qonşuluq proqramı və NATO-nun "Sülh naminə" proqramı çərçivəsində, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olub.

Almaniyanın xarici işlər naziri F.V.Ştaynmayerlə görüş zamanı E.Məmmədyarov Azərbaycan prezidentinin federal kanslerə göndərdiyi məktubu ona verib.

Azərbaycanın XİN başçısı həmçinin Fridrix Ebert Fondunun və Azərbaycan səfirliyinin Almaniyada keçirilən "Azərbaycan Avropaya gedən yolda" adlı tədbirdə də iştirak edib. Tədbirdə Almaniyanın siyasi və iqitsadi dairələrinin nümayəndələri, ölkə ictimaiyyətinin və ziyalılarının görkəmli nümayəndələri də iştirak edib.

Almaniya səfəri çərçivəsində Azərbaycanın XİN başçısı ölkənin qabaqcıl KİV nümayəndələrinə müsahibə verib.

Xəbər lenti

Xəbər lenti