...

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Siyasət Materials 7 İyul 2006 17:36 (UTC +04:00)

İyulun 7-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. Trend in məlumatına görə, iclasda bir sıra sənədlər təsdiq edilib, bəzi seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

"Azərbaycan Respublikasında bələdiyyə seçkilərində iştirak etmək hüququna malik olan vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçki prosesində istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlərin" Siyahısı təsdiq olunub. MSK-nın 21 iyun 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş eyniadlı sənədi isə qüvvədən salınıb.

Sonra "Azərbaycan Respublikasında bələdiyyə seçkiləri zamanı vəkil edilmiş şəxslərin statusu haqqında" Təlimat təsdiq edilib. Həmçinin bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələrin bəzi sənəd formalarının təsdiq edilməsi haqqında qərar çıxarılıb. Sonra bələdiyyə seçkilərində məşvərətçi səs hüquqlu üzvlərin bəzi sənəd formaları təsdiq edilib. Bundan sonra MSK sədrinin müavini Svetlana Qasımova və komissiya üzvlərinin təqdimatı əsasında 56 saylı Xaçmaz, 59 saylı Salyan, 13 saylı Əzizbəyov seçki dairələrinin tərkibində dəyişikliklər edilib. Sonda cari məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti