...

Gəncədə elektrik naqilləri yeniləşdirilir

Siyasət Materials 14 İyul 2006 15:15 (UTC +04:00)

Gəncə Regional Enerji Təchizatı MMC-nin sədri Rauf Məmmədovun verdiyi məlumata görə, Gəncə şəhərində 0,4 kilovoltluq elektrik naqillərinin dəyişdirilməsi prosesinə başlanılıb. Yeni naqillər Almaniya texnologiyası ilə hazırlanmış öz yükünü özüdaşıyan izolə edilmiş naqillərdir. Məmmədov bildirir ki, hazırda yeniləşdirmə işləri Cavad xan küçəsində aparılır. Bundan əvvəl isə Mehdi Hüseynzadə küçəsində işlər sona çatdırılıb. İlk olaraq 12 000 YAM məbləğində vəsait ayrılıb. Mütəxəsislərin sözlərinə görə, yeni naqillər həm küləyə qarşı davamlı olacaq, həm də müdaxillə hallarının qarşısını alacaq. Gəncə Regional Enerji Təchizatı MMC-dən verilən məlumata görə, bu ilin sonuna kimi şəhərin bütün küçələrindəki elektrik xətləri yeni naqillərlə əvəzlənəcək.

Xəbər lenti

Xəbər lenti