...

İyulun sonuna qədər EITI üzrə növbəti hesabat açıqlanacaq

Siyasət Materials 18 İyul 2006 15:17 (UTC +04:00)

İyulun sonuna qədər Mədən Sənayesinin Şəffaflıq Təşəbbüsü (EITI) layihəsi çərçivəsində 2005-ci ilin 2-ci yarım ili üzrə növbəti hesabat açıqlanacaq. Bu barədə, Trend agentliyinin məlumatına əsasə, iyulun 18-də EITI Şurasının koordinatoru Sabit Bağırov bildirib.

Onun sözlərinə görə, keçirilmiş tenderin nəticəsində hesabatın hazırlanması üzrə işlər Deloytte & Touche auditor şirkəti tərəfindən həyata keçirilir.

Tenderdə iştirak etmək haqqında dəvət Azərbaycanda fəaliyyət göstərən 4 aparığı auditor şirkəti Deloytte & Touche, Ernst & Young, PriceWaterhouseCoopers və Moore Stephens Azerbaijan-a göndərilib.

"Bu il neft-qaz daxilolmalarından $1,04 mlrd. həcmində ayırmalar gözlənilir ki, bunlar da bir neçə istiqamətə, xüsusilə, qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması, Qəbələdən boru kəmərinin çəkilməsi, Samur-Abşeron kanalının bərpasına yönəldiləcək" - deyə o vurğulayıb.

Adətən $50 min dəyərində olan auditor şirkətinin xidmətlərini şirkətlər ödəyəcək.

2003 və 2004-cü illər üzrə auditi Deloytte həyata keçirib, 2005-ci ilin birinci yarım ili üzrə hesabatı isə AGN Mak Azerbaijan LTD hazırlayıb.

"Neft gəlirlərinin idarə olunması zamanı bir neçə risklər olur. Ən əsası Azərbaycanın bu növ təcrübəsinin və yerli mütəxəssislərin olmamasıdır" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti