...

Aqil Səmədbəyli: "İranda may ayından başlanan hadisələrdən sonra 11 830 nəfər azərbaycanlı həbs olunub"

Siyasət Materials 19 İyul 2006 19:11 (UTC +04:00)

Güney Azərbaycanda və İranın müxtəlif şəhərlərində may ayının 22-dən başlanan etiraz aksiyaları, kütləvi tədbirlərdən sonra 11 min 830 nəfər azərbaycanlı həbs olunub. Bu barədə Trend ə Bütöv Azərbaycan Birliyi İdarə Heyətinin sədri Aqil Səmədbəyli məlumat verib.

O bildirib ki, hadisələrdən sonra həbs olunanlardan bəziləri azadlığa buraxılıblar. Lakin hazırda 11830 nəfər hələ də həbsdədir. A.Səmədbəylinin sözlərinə görə, Güney Azərbaycanın Maku şəhərində milli hərəkatın lideri Cavid Abbasi İranın hüquq-mühafizə orqanları tərəfindən tutulub, lakin indiyədək onun harada olması barədə heç bir məlumat yoxdur. A.Səmədbəylinin sözlərinə görə, may-iyun aylarında geniş vüsət almış kütləvi aksiyalar indi səngisə də, ümumən Güqey Azərbaycanda milli hərəkat davam edir.

A.Səmədbəyli onu da deyib ki, İranda bir neçə gün əvvəl 5 nəfər azərbaycanlıya qarşı çıxarılan edam hökmü milli hərəkatla bağlı deyil.

Xəbər lenti

Xəbər lenti