...

AMİP iyulun 23-də baş katibini və Mərkəzi Şuranın sədrini seçəcək

Siyasət Materials 21 İyul 2006 17:05 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Mərkəzi Şurasının iyulun 23-də "Hyatt Regecy" otelinin "Kaspian" zalında saat 10.00-da keçiriləcək toplantısında partiyanın baş katibi, Mərkəzi Şuranın sədri seçiləcək. Bu barədə Trend ə AMİP-in qeydiyyat və təftiş komissiyası sədrinin vəzifəsini yerinə yetirən Nazim Ələsgərov bildirib.

N.Ələsgərov bildirib ki, baş katib partiya sədrinin təqdimatı ilə seçiləcək. Amma Mərəkzi Şuranın sədrinin namizədliyi isə Şura üzvləri tərəfindən veriləcək: "Partiyanın sədri Ayaz Rüstəmov baş katib postuna üç namizəddən birinin təqdimatını verəcək. Mərkəzi Şuranın toplantısından sonra baş katib boş qalan beş katibin təyinatı ilə bağlı sərəncam imzalayacaq". AMİP rəsmisi onu da əlavə edib ki, Mərkəzi Şuranın tərkibinə 75 seçilmiş üzv, 25 səsvermə hüquq olmayan üzv və 70 rayon təşkilatının sədrləri daxildir.

N.Ələsgərov AMİP-in qərargahla bağlı probleminin də həll ediləcəyini bildirib. Qeyd edib ki, partiya sədri bu problemin həll olunması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə müracəit edib. Yaxın günlərdə isə eyni məzmunlu müraciət dövlət başçısına ünvanlanacaq.

Xəbər lenti

Xəbər lenti