...

AMİP-də beynəlxalq məsələlər üzrə katib postu hələlik boşdur

Siyasət Materials 25 İyul 2006 12:31 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) beynəlxalq məsələlər üzrə katib postu boşdur. Bu barədə Trend ə AMİP-in baş katibi Fuad Muxtarov bildirib.

Qeyd edək ki, AMİP Mərkəzi Şurasının iyulun 23-də keçirilən toplantısında Fuad Muxtarov partiya sədrinin təqdimatı ilə baş katib seçilib. Yeni seçilən baş katib elə Mərkəzi Şuranın iclasında Əli Orucovu mətbuat və informasiya, Nazim Ələsgərovu təşkilati, Vaqif Məmmədovu maliyyə, Elşən Mustafayevi isə yeni yaradılan bələdiyyələrlə iş üzrə katib postlarına təyin edib.

F.Muxtarov bildirib ki, beynəlxalq məsələlər üzrə katibin səlahiyyətlərini müvəqqəti olaraq özü yerinə yetirir. Qeyd edib ki, bu postu daşımaq üçün mütləq xarici dil bilmək lazımdır: "Partiyada gənc üzvlərimizdən biri bu posta hazırlanır. Müəyyən müddətdən sonra həmin şəxs bu vəzifəni tutacaq. Hələlik o, siyasi proseslər və beynəlxalq məsələlərlə bağlı bir növ hazırlıq kursu keçir".

Xəbər lenti

Xəbər lenti