...

Gürcüstanda səfərdə olan Milli Məclisin üzvləri macarıstanlı həmkarları ilə Ramil Səfərov haqqında danışıblar

Siyasət Materials 26 İyul 2006 12:45 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Batumidə keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfransda Macarıstan nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov bildirib.

F.Muradov bildirib ki, əsasən Macarıstan Böyük Müxalifət Mərəkəzini təmsil edən millət vəkili ilə apardıqları danışıqlarda əsas müzakirə mövzusu Dağlıq Qarabağ problemi olub: "Dağlıq Qarabağ probleminə dair ingilis dilində çap edilən kitabları ona təqdim etdik. Daha sonra məlum səbəblərə görə Macarıstanda həbs edilən azərbaycanlı zabit Ramil Səfərovla bağlı söhbətlər apardıq. Biz ondan xahiş etdik ki, Ramil Səfərovun necə saxlanılması, vəziyyəti, səhhəti barədə onlara məlumatlar versin. O, da razılıq verdi".

Millət vəkili qeyd edib ki, tədbirə qatılan Qazaxıstan və digər dövlətlərin nümayəndə heyətləri ilə görüşlər keçiriblər: "Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmiləri ilə də keçirdiymiz görüşlərdə soydaşlarımzla bağlı problemlərə toxunduq. Bu məsələ ilə bağıl onlardan dəqiq məlumat vermələrini xahiş etdik. Rəsmilər bizə bildirdilər ki, burada yaşayan azərbaycanlılarla bağlı rəsmi Bakıya düzgün məlumatlar ötürülmür. Bunda da müəyyən qüvvələr maraqlıdır".

F.Muradov daha sonra tədbirdə iştirak edən Gürcüstan xarici işlər inazirinin müavini ilə görüşlər keçirdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti