...

Pənah Hüseyn: "Bələdiyyə seçkisindən əvvəl MSK-nın tam formalaşdırılması mümkün olmayacaq"

Siyasət Materials 27 İyul 2006 12:40 (UTC +04:00)

Bələdiyyə seçkisindən əvvəl parlamentdə Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılması mümkün olmayacaq. Bu fikirləri Trend ə millət vəkili Pənah Hüseyn bildirib.

Qeyd edək ki, 604 bələdiyyəyə keçiriləcək təkrar, əlavə, yeni və ilk seçkilər oktyabrın 6-da olacaq. hazırda tətildə olan Milli Məclisin payız sessiyası isə oktyabrın 1-də başlayacaq. Pənah Hüseynin sözlərinə görə, oktyabrın 1-i həftənin sonuna - şənbə gününə təsadüf etdiyi üçün böyük ehtimalla, sessiya işinə oktyabrın 3-də başlayacaq. MSK-da boş qalmış yerlərə parlamentdəki partiyalar tərəfindən nümayəndələr təyin edilməsi isə yubana bilər.

Pənah Hüseyn qeyd edib ki, bələdiyyə seçkiləri ölkə həyatı üçün böyük əhəmiyyət kəbs etmədiyindən və əsas seçkilər sayılmadığından seçkidən əvvəl seçki komissiyalarının tam formalaşdırılması məsələsi də önəmli deyil: "Bundan əvvəl 13 mayda təkrar parlament seçkiləri də MSK-nın indiki tərkibi ilə keçirildi. Hesab edirəm ki, seçki komissiyalarında boş qalmış 1-2 nəfərlik yerə üzvlərin seçilməsi mahiyyət etibarı ilə heç nəyi dəyişməyəcək".

Xəbər lenti

Xəbər lenti