...

Nazir: Konteyner qatarının Poti-Bakı-Aktau-Almatı marşrutu ilə hərəkəti avqustda bərpa olunacaq

Siyasət Materials 27 İyul 2006 14:53 (UTC +04:00)
Nazir: Konteyner qatarının Poti-Bakı-Aktau-Almatı marşrutu ilə hərəkəti avqustda bərpa olunacaq

Poti-Bakı-Aktau-Almatı marşrutu ilə hərəkət edən konteyner qatarının işini avqustda bərpa etmək planlaşdırılır. Bu barədə, Trend in Astanadakı müxbirinin yaydığı məlumata görə, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Qazaxıstan, Azərbaycan, Gürcüstan və Çin nəqliyyat nazirlərinin Qazaxıstanda keçirilən iclasından sonra bildirib.

"Biz bu layihəyə həmin dəhliz üzrə yük daşımalarının artırılması layihəsi kimi baxırıq. 1996-cı ildə AB-in təşəbbüsülə TRACECA proqramı çərçivəsində belə bir məlumat yayıldı, amma, təəssüf ki, həyata keçmədi. Lakin bu gün tərəflər bu layihəni bərpa etmək, mal dövriyyəsini artırmaq və digər ölkələri buna cəlb etmək istəyir" - deyə Z.Məmmədov vurğulayıb.

Bu gün Azərbaycan, Gürcüstan və Qazaxıstan konteyner qatarının marşrutunun Qazaxıstan-Çin sərhədindəki Dostık stansiyasına qədər uzadılması məsələsini nəzərdən keçirir. Daşınmalar zamanı vahid tarif tətbiq olunur (1 ton yükün 1 km daşınmasına görə 22 sent).

İstismara verildikdə bu qatar Poti-Bakı-Aktau-Almatı marşrutu ilə işləyirdi. Qatarın operatoru Black Sea Transit LTD və Advantage International Transport and Logistics LTD-dir.

Konteyner qatarı dekabrın 24-də işə salınıb. Bu qatar Çin və Avropadan yük daşıyıcıların cəlb edilməsinə köməklik göstərməlidir. Yüklər Bakı vasitəsilə Gürücstanın Poti limanından Qazaxıstanın Aktau limanına və əksinə daşınır.

Ekspertlər bildirir ki, hazırda Rusiyada dempinq qiymət siyasətinin tədbiq edildiyinə görə bu ölkənin ərazisindən təxminən Avropadan Asiyaya və əksinə daşınan yüklərin 3% - 4%-i keçir. Bu, ildə təxminən 150 min konteyner edir. Azərbaycan, Qazaxıstan və Gürcüstan yüklərin bir hissəsini TRACECA dəhlizinə cəlb etməlidir.

Xəbər lenti

Xəbər lenti