...

BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriləcək

Siyasət Materials 2 Avqust 2006 17:13 (UTC +04:00)

BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçirilməsi planlaşdırılır. Bu barədə Trend ə "Cümə" Məscidinin imam camaatı, Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin koordinatoru İlqar İbrahimoğlu məlumat verib.

O, bildirib ki, bir qrup dindar və hüquq müdafiəçisi İsrailin Livana hücumları, bunun nəticəsində dinc əhalinin qətlə yetirilməsi, ev-eşiyindən didərgin salınmasına etiraz olaraq Bakıda aksiyaları davam etdirəcək. Növbəti etiraz aksiyası bu həftə BMT-nin Bakıdakı nümayəndəliyinin qarşısında keçiriləcək. Dindarlar beynəlxalq təşkilatdan İsrailin hücumlarına qarşı və münaqişənin ağır nəticələrinin aradan qaldırılmasına dair konkret addımlar atmasını tələb edəcəklər.

İ.İbrahimoğlu bildirib ki, bundan əvvəl İsrail və ABŞ-ın səfirlikləri qarşısında piketlər keçirilib və bu aksiyalarla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunmuşdu. Lakin paytaxt rəhbərliyi aksiyaların keçirilməsinə icazə verməmişdi. Ona görə də bu dəfə aksiyanın təşkilinə razılıq alınması üçün müraciət edilməyəcək: "Belə etiraz aksiyaları dünyanın hər yerində keçirilir və bu, bizim konstitusion hüququmuzdur".

Xəbər lenti

Xəbər lenti